1. İnsan başının qabaq hissəsi; surət, sifət, çöhrə, sima. □ Üzünün ifadəsi. Qəşəng üz.
2. Heyvan başının qabaq hissəsi. □ Qoyunun üzü. İtin üzü.
3. Toxunma şeylərin üst (avand) tərəfi. □ Parçanın üzü. Xalçanın üzü.
4. Yorğan, balış, döşək və s.-nin üst tərəfini örtən parça və s. □ Yorğanın üzü qırmızıdır. Döşəyə üz çəkmək.
5. Bir şeyin, tikilinin, binanın və s.-nin qabaq tərəfi, ön tərəfi, irəli tərəfi, qabağı, önü. □ Maşının arxası çaya, üzü isə meşəyə tərəf idi. (İ.Əfəndiyev).
6. Riyaziyyat. Həndəsi fiqurun başqa səthlə bucaq təşkil edən düz səthi. □ Kubun altı üzü var.
7. Bir şeyin köçürülmüş, yazılmış surəti, nüsxəsi. □ Firdovsi şaha göndərdi bir gün “Şahnamə”nin üzünü. (M.Rahim).
8. Su və s. mayelərin səthi, üst tərəfi, üstü. □ Gölün üzü. Suyun üzündə ördəklər üzür.
9. Göyün biz gördüyümüz tərəfi. □ Göyün üzünü bulud örtmüşdür. Səmanın üzü açıqdır.
10. “Tərəf”, “səmt”, “yan” mənasında (o, bu, bəri, o biri və s. sözlərdən sonra işlədilir). □ Təpənin o üzü. Çayın bu üzü.
11. Məcazi mənada: abır, həya, utanma. □ Adamda üz gərək.
See also: