Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

üzücü1 [üzücü] sifət

1. Suda üzməyi bacaran adam, üzən adam; üzən, üzgüçü. Hərçənd Yasəmən çox üzücü idi, amma bu itiaxan, daşları və böyük kolları yumalayan seldə üzmək mümkün deyildi. (S.S.Axundov).

2. Üzgüçülüklə məşğul olan idmançı. Tərlan da, həkim də nəfəs almadan uşaqla üzücünün batdığı yerə baxdılar. (M.Hüseyn).

3. Üzən, suyun üzərində duran, hərəkət edən. Üzücü nasos. Üzücü kran. Üzücü mayak.

üzücü2 [üzücü] sifət

Adamı üzən, taqətdən, əldən salan; yorucu. Üzücü qızdırma. Üzücü intizar.

Azərbaycan dilinin izahlı lüğəti