Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

üzüm

lat. vitis

Üzümkimilər fəsiləsinə aid bitki cinsi.

Gövdəsi 30-40 m uzanan lianlardır (dırmaşan gövdəli). Giləmeyvələri şirindir. Ü. tənəklərdə bitir. Ü. şirəsində çoxlu miqdarda qlükoza və fruktoza var. Ü.-mün çoxlu sayda növləri, o cümlədən tumsuz kişmiş növü də məlumdur. Azərbaycanda 3 növü – becərilən Ü. cır Ü. və meşə Ü.-ü yayılmışdır. Ü. üzüm tənəyi də adlandırılır.

Biologiya terminlərinin izahlı lüğəti