Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

uzun [uzun] sifət

1. İki ucunun arası çox, çox olan, uzunluğu bir qədər (lüzumundan) artıq olan. □ Uzun ağac. Uzun ip. Uzun tir. Uzun saç. Uzun palto. Uzun köynək. Paltarın qolu uzundur, gödəltmək lazımdır.

2. Boyca hündür, ucaboylu. □ Uzun qamət. Uzun boy.

3. Uzunsürən, çoxsürən, uzun müddət davam edən, sürəkli, davamlı, arasıkəsilməyən. □ Uzun məruzə. Uzun tənəffüs. Uzun mübahisə.

4. Zərf kimi: daim, arasıkəsilmədən, həmişə. □ Uzun danışmaq.

5. Lüzumundan artıq, təfsilatlı. □ Uzun söhbət açmaq. Uzun təfərrüat.

6. Məcazi mənada: qurtarmayan, həlli çətin, tez başa gəlməyən; dolaşıq, yorucu. □ Uzun iş. Məsələ uzundur. Uzun həngamədir.

7. Uzunu şəklində – uzunluğu, uzununa ölçüsü, boyu. □ Xalçanın eni bir, uzunu iki metrdir.

8. Uzunu şəklində – ...boyunca, ...davamınca, ...uzunluğunda. □ Küçə uzunu bir-birinin ardınca maşınlar düzülüb. Zal uzunu xalçalar döşənib.

See also:

zərf: gün uzunu zərf: il uzunu zərf: illər uzunu frazeologizm: eni ilə uzunu bir olmaq frazeologizm: əli ətəyindən uzun frazeologizm: uzun çəkmək (sürmək) frazeologizm: uzun sözün qısası jurnalistika: uzun dalğalar Azərbaycan dilinin izahlı lüğəti