lat. varanidae
Kərtənkələlər yarımdəstəsindən sürünən heyvan fəsiləsi.
Dünya faunasına 24 növü özündə birləşdirən 1 cins daxildir. Ən iri növü Komoda, Rinca, Flores və Yava adalarında yaşayan Komod V.-dır. Bu növün bədəninin uzunluğu 3, 7-4 m-ə, çəkisi 100 kq-dək olur. Orta Asiyada isə uzunluğu 1,5 m-ə çatan Zəm-zəm və ya boz V. yaşayır. Avstraliyada qazıntı halında uzunluğu 10 m-ə çatan nəhəng V. qalıqları tapılmışdır.
Biologiya terminlərinin izahlı lüğəti