Reklam
Reklam

Məsəllər, deyimlər

VAXTSIZ BANLAYAN XORUZUN BAŞINI KƏSƏRLƏR

Zamanında görülməyən işin və ya deyilməyən sözün sonralar bəla gətirəcəyinə eyhamla işlədilən ifadə.

İfadәnin yaranması qәdim zәrdüştlüklә әlaqәdardır.

«Avesta»da göstәrildiyinә görә, Yer üzündә birinci insan vә birinci padşah olan Kәyumәrs divlәr tәrəfindәn öldürülmüş oğlu Huşәngin intiqamını almaq üçün gedәrkәn bir ağ xoruzun ilanla vuruşduğunu və banladığını görür. Kәyumәrs ilanı öldürüb xoruzun banlamağını yaxşı әlamәt hesab edir vә onu alıb evə gәtirir.

Lakin Kәyumәrs ömrünün sonunda xәstәlәnir. Bir dәfә xoruz axşam vaxtı banlayır. Xoruz bu vaxta qədәr axşamlar banlamazmış. Ona görә adamlar onun bu vaxtsız banına tәәccüb edirlәr. Gәlib Kәyumәrsin öldüyünü görürlәr. Bundan sonra xoruzun axşam (vaxtsız) banı pis әlamәt hesab olunur. Belә xoruzun banı kәsilmәsә, fәlakәt üz verә bilәr.

Zərdüştilәr xoruzun vaxtında banlamasını mübarək fal һesab edirdilәr. Həm də xoruz ona görə müqәddәs hesab edilirdi ki, o, sabaһın açılmasını xəbər verirdi. Bu isә günәşin, işığın qaranlıq üzәrində qәlәbәsi demәk idi («Avesta»da xoruz «pәridar» adlanırdı). Xoruzun banlaması onun günәşi tәlәsdirməsi ilә әlaqәlәndirilirdi. Xoruz ölmәkdә olan gecәyә öz banı ilә sehrli tәsir göstәrir, onu öz canını başlanan gündüzә vermәyә mәcbur edir.

Məsəllər, deyimlər