Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

vec [vec]

1. Adətən feillərlə işlənir – vecə gəlmək – lazım olmaq, gərək olmaq, yararlıq göstərmək, yaramaq. □ Ancaq ki özün yovuşan adam deyilsən, ... vecə gələn deyilsən, üzünə deyirəm. (Mir Cəlal).

2. Hörməti olmaq, əhəmiyyəti, dəyəri olmaq. □ Puç olsun qocalıq, gördün ki, necə; Bir pulca xublara gəlməzmiş vecə. (M.V.Vidadi).

3. Vecinə almaq – saymaq, etina etmək, əhəmiyyət vermək, hesablaşmaq. □ Bizim Həzi də belə şeyi vecinə alan deyil. (S.Rəhimov).

4. Nə vecimə (vecinə) – bir şeyə, bir hadisəyə qarşı laqeydliyi ifadə edir – nə işimə (nə işinə), nə borcuma (nə borcuna). □ ...A kişi, mənim nə vecimə ki, rus firəng malını qadağan edibdir. (M.F.Axundzadə).

See also:

frazeologizm: nə vecinə frazeologizm: vecə gəlmək frazeologizm: vecinə almamaq Azərbaycan dilinin izahlı lüğəti