Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

veçə1

Quba

Beçə, körpə arı. □ Veçə hələ bal verməz.

veçə2

Meğri

Ana arxdan ayrılan kiçik qol; ana arxdan ayrılan su şırımı. □ Veçələrin heş birinə yadızdan çıxıb su quşmamısız.

veçə3

Meğri

Tütün yarpaqlarının gövdəyə birleşdiyi yerdən çıxan kiçik zoğ. □ O təmbekini ki veçə basdı, onnan təmbeki olmaz.

Azərbaycan dilinin dialektoloji lüğəti