1. Arxaizm. Üz, sifət, çöhrə, surət. □ Leyk hanı səndə bəsirət gözü; Ta görəsən vəchi-dilarasını. (M.Ə.Sabir)
2. Yol, üsul, vasitə, tərz, qayda (adətən “ilə” qoşması, yaxud “lə” şəkilçisi ilə işlənir). □ Əvvəl zaman kürreyi-ərzin qabığı qayət nazik olub, ona görə bu vəchlə vücuda gələn çatlaqların da ədədi artıq olmuşdur. (H.Zərdabi)
3. Arxaizm. Səbəb, vəsilə, cəhət, münasibət. □ Dəmbədəm gər düşsə gözdən dürri-əşkim vəchi var. (M.Füzuli)
See also: