Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

VƏCİHƏ

ərəb. vaciha sözündən olub, gözəl, qəşəng, ürəyəyatımlı, göyçək, gözə xoş görünən anlamlarını ifadə edir.

Vəcihə qadın adı Azərbaycan antroponimikasında qədim adlar sırasındadır. Klassik ədəbiyyatda çox rast gəlinən söz və ifadələrdəndir. Adın daşıyıcılarından Azərbaycanın ilk pesəkar qadın rəngkarı Vəcihə Əli qızı Səmədova (1924-1965) görkəmli Azərbaycan rəssamı, Azərbaycanın Əməkdar İncəsənət Xadimi olmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti