lat. Veneti
1. Qədim dövrdə Adriatik dənizinin şimal sahillərində məskunlaşmış tayfalar qrupu.
Arxeoloji məlumatlara görə, V. bu əraziyə e.ə. XII–XI əsrlərdə gəliblər. Onların əsas məşğuliyyəti əkinçilik və maldarlıq, xüsusilə atçılıq olub. V. kelt tayfalarına qarşı mübarizədə (e.ə. IV əsr) romalılarla müttəfiqlik ediblər, eləcə də II Pun müharibəsində (e.ə. 218–201-ci illər) Romaya dəstək veriblər. E.ə. II əsrin əvvəlində V.-in yaşadığı ərazi Roma əyalətlərindən birinə çevrilib və bundan sonra onların tədrici assimilyasiya prosesi başlayıb. Eramızın 49-cu ilində V. Roma vətəndaşlığı alıblar. Bu tayfalar qrupunun dili hind-Avropa dillərinin müstəqil qrupunu təşkil edib. Venet dilinin german və italik dilləri ilə bir sıra oxşarlıqları müəyyənləşdirilib.
2. Atlantik okeanı sahilində məskunlaşmış və e.ə. 58–51-ci illərdə Yuli Sezarın Qalliya yürüşləri zamanı Romaya tabe etdirilmiş kelt tayfaları.
Tarix terminləri lüğəti