Reklam
Reklam

Tarix terminləri lüğəti

verst

rus. вертеть – döndərmək, fırlatmaq

XI əsrdən başlayaraq Rusiyada istifadə edilən uzunluq vahidi.

V.-in ölçüsü dəfələrlə dəyişib. XVIII əsrin sonlarından Rusiyada metrik ölçü sisteminin tətbiqinə kimi 1 V. = 1,0668 km olub. Bu terminin ilkin mənası “kotanın dönüşü” olub, yəni V. dedikdə öküzün dincəlmədən birdəfəyə açdığı şırımın uzunluğu (kotanın geriyə dönüşləri arasındakı məsafə) nəzərdə tutulub.

Tarix terminləri lüğəti