Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

vəsait [vəsa:yit] isim ərəb

1. Müalicə və səhiyyə üçün lazım olan şeylər, maddələr; dərman.

2. Ləvazimat. □ İstehkam hissələrinin əlində kifayət qədər vəsait olmurdu. (Mir Cəlal).

3. Pul, kredit. □ Maliyyə vəsaiti. Maddi vəsait. İnşaat üçün vəsait buraxmaq. Ayrılmış vəsaitdən bütünlüklə istifadə etmək.

4. Ehtiyat qüvvələri. □ Ölkəmiz tükənməz vəsaitə malikdir.

5. Dərslikdən əlavə tədris üçün lazım olan kitab və s. □ Tədris vəsaiti. Bu kitab nə dərslikdir və nə də öz-özünə öyrənənlər üçün tədris vəsaiti.

See also:

frazeologizm: vəsait yatırmaq Azərbaycan dilinin izahlı lüğəti