lat. veteranus < vetus – qoca, sınanmış
1. Qədim Romada xidmət müddətini bitirmiş əsgər.
V.-lara İtaliyada və ya provinsiyalarda torpaq sahəsi verilib, onlar pulla mükafatlandırılıblar və mükəlləfiyyətlərdən azad olunublar. V.-lar Roma vətəndaşlığı almaq hüququ qazanıblar.
2. Keçmiş döyüşçü; müharibə iştirakçısı olmuş şəxs.
3. Məcazi mənada: hər hansı sahədə uzun müddət çalışmış insana aid edilən termin.
Tarix terminləri lüğəti