II Dünya müharibəsi (1939–1945) dövründə nasist Almaniyası tərəfində sovet ordusuna qarşı vuruşan Rusiya azadlıq ordusunun (Русская освободительная армия – РОА) döyüşçüləri.
Orduya general-leytenant A.Vlasov başçılıq etdiyi üçün o belə adlandırılıb. Sovet təbliğatı V.-ı vətən xainləri kimi qələmə verib, lakin onlar vətənə qarşı deyil, sovet rejiminə qarşı vuruşduqlarını iddia ediblər. V. ordusunda 120-130 min döyüşçü olub.
Tarix terminləri lüğəti