Qədim və geniş yayılmış dekorativ-tətbiqi sənət növü.
Türkiyə, İran, Əfqanıstan və Türkmənistanla birlikdə Azərbaycan da tarixən dünya X.-ının əsas mərkəzlərindən olub. Arxeoloji tapıntılar ölkədə X.-ın hələ Tunc dövründə (e.ə. II minilliyin sonu) yayıldığına dəlalət edir. Bir çox antik müəlliflər, o cümlədən Herodot, Klavdi Elian, Ksenofont Azərbaycanda həmin sənət növünün yüksək inkişaf səviyyəsinə çatdığını göstərirlər. Tədqiqatçılar burada bədii-texniki xüsusiyyətlərinə görə bir-birindən fərqlənən yeddi X. məktəbinin olduğunu müəyyənləşdiriblər: Bakı, Quba, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz.
Tarix terminləri lüğəti