Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

xallı maral

lat. cervus nippon

Cütdırnaqlılar dəstəsinin dolubuynuzlular (marallar) fəsiləsindən heyvan növü.

Bədəninin uzunluğu 90-120 sm, hündürlüyü 85-118 sm, çəkisi 80-150 kq-dır. Yalnız erkəklərdə şaxəli buynuz olur. Vətəni Cənub-Şərqi Asiyadır. Azərbaycan qoruqlarına da gətirilmişdir.

Biologiya terminlərinin izahlı lüğəti