1. Ölkənin, dövlətin sakinləri, əhalisi. □ Azərbaycan xalqı.
2. Millət. □ Alnındakı qırışlar adicə qırış deyil; Öz xalqının keçdiyi iztirab yollarıdır! (B.Vahabzadə).
3. Eyni yerdə yaşayan adamlar, camaat. □ Dağ xalqı.
4. Ümumiyyətlə, camaat, kütlə, el, adamlar. □ Xalqa qayğı göstərmək.
5. Ölkənin (istismarçı dövlətlərdə) əsas, əməkçi kütləsi. □ Zəhmətkeş xalq.
6. Xalqa, ölkəyə aid olan, xalqa, ölkəyə mənsub olan. □ Xalq gəliri.
7. Xalqla bağlı olan, xalq tərəfindən yaradılmış, xalqın dünyagörüşü, ruhu ilə sıx bağlı olan. □ Xalq ədəbiyyatı. Xalq yaradıcılığı.
8. Bəzi idarələrin və vəzifəli şəxs adlarının tərkibində işlənir. □ Xalq məhkəməsi.
9. Hökumət tərəfindən elm, incəsənət və s. sahəsində böyük xidmət və fəaliyyətə görə verilən fəxri adların tərkibində işlənir. □ Xalq artisti.
See also: