Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

xaraba [xara:ba] isim ərəb

1. Dağılmış, uçulmuş, viranə qalmış şəhərin, tikilinin və s.-nin qalığı; yarı yıxıq ev və s.; xarabalıq. □ Xarabadan baş götürüb getmək.
2. Sifət kimi: dağılmış, uçulmuş, alt-üst olmuş, xaraba qalmış; viranə, yıxıq, uçuq. □ Xaraba kənd. Xaraba evlər.
3. Məcazi mənada: klassik ədəbiyyatda alt-üst olmuş, dağılmış mənalarında işlənmişdir. □ Bu dil ki ona mənzil idi, oldu xərabə; Əzm etsə əgər yar, dəxi harə qayıtsın? (Heyran xanım).
4. Öz evi, öz mülkü, öz yeri mənasında (hiddət məqamında deyilir). □ Öz xarabasında yaşamaq.
5. Xarabaya çevrilmiş yer, dağılmış, sökülmüş, viran qalmış yer; viranəlik. □ Xarabada bir insan səsi də eşidilmir.

See also:

frazeologizm: xaraba qalmaq frazeologizm: xaraba qoymaq Azərbaycan dilinin izahlı lüğəti