Reklam
Reklam

Məsəllər, deyimlər

XARIBÜLBÜL XİFFƏTİ

►Çox hallarda yer, yurd, Vətən həsrətinin rəmzi kimi qəbul edilən ifadə.

İfadə el arasında gül və bülbülün nakam sevgisi haqqında yayılmış rəvayətdən qaynaqlanır.

El arasında gəzən bir rəvayətə görə, çox-çox qәdimlәrdә guya gül ilə bülbül bir-birinә bәnd imişlər. Gül bülbülün eşqinə hәr sәhәr yeni don geyәr, hәr dәfә ayrı bir rәngdә lәçәk açarmış. Bülbül dә onun eşqinә gecәni gündüzә qatıb cәh-cәh vurarmış, yorulub usanmazmış. Onların bu böyük mәһəbbәtinә bir çoxları hәsәd apararmış.

Bu məhəbbətə ən çox paxıllıq edən xar günlәrin bir günü fürsәt tapıb gizlicә gedib soxulur gülün içinә. Başlayır onun zәrif lәçәklәrini asta-asta, xımır-xımır yemәyә. Gül günü-gündәn solur: gözәlliyini, tәravәtini getdikcә itirir. Bülbülün ah-fәğanı әrşә çıxır, yerә-göyә sığmır. Eşidәnlәrin ürәyini qana döndәrir. Axırda bu insafsızlığa Allaһ özü dә dözmür. Bülbüllә gülü gәtirib elә bir yerdәcә dondurur, onları hәmişәlik bir-birinә qovuşdurur. Xar isә mәhv olub cәһәnnәmә gedir... İndi o gülә kənardan baxanda görürsәn ki, sanki gülün ortasına bir bülbül qonub.

Xarıbülbül çox az tapılan çiçәkdir. Xırda, yaşıltәhәr lәçәklәri var. Bir qayda olaraq, әl-ayaq dәymәyәn yerlәrdә bitir, onu otların arasında güclə görmək olur. Vətəni Azərbaycan (Qarabağ) olan xüsusi görünüşlü – bülbüllə gülün qovuşması təsvirində olan bu yabanı çiçəyin mahnı və şeirlərdə Vətən həsrətini bildirən simvol kimi vəsf edilməsi həmin çiçəyə və ifadənin özünə marağı artırmışdır.

Məsəllər, deyimlər