Reklam
Reklam

Etimologiya lüğəti

xas

Dialektlərdə “çərşənbə axşamı” (həftənin 2-ci günü) mənasında işlədilir. Poe­zi­yada da rast gəlinir: “Xas gecəsi gördüm duşda…” (M.Cümə). Fars dilindən alınma sözdür, arxaikləşib. Ən yaxşı, müqəddəs gün hesab olunub (poeziyada mübarək xas gecəsi ifadəsi çox işlədilib). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti