1. Seçilmiş, xüsusi; məxsus.
2. Əsil, nəcabətli.
İgidlər xasısan, özün mötədil,
İgidlər sözünə mən ollam qail.
Atam Səlim xandı, adım Xəzangül.
Eşqin sərkərdəsi, qəmin dustağı.
(“Dilsuz və Xəzangül”)
*
Sənə xəbər verim, aşıqlar xası,
Sənin Əslin burdan gəldi də getdi.
Yanındaydı atasıyla anası,
Ləpirin üzümə saldı da getdi.
(“Əsli və Kərəm”)
*
Qənbər, Qənbər, xas Qənbər
Nə tutubsan yaş Qənbər?
(“Arzı-Qənbər”)
Azərbaycan dastanlarının leksikası