1. Seçilmiş, xüsusi, məxsus.
2. Əsil, nəcabətli. (“Koroğlu” dastanının lüğəti)
Cəmi dəlilərin xası,
Meydanda var mərd davası,
Koroğlunun qoç balası,
Bu gələn Eyvaz, bu gələn.
(“Durna teli”)
*
Xan Eyvazım gül parçası,
İsabalı igid xası.
Ucalsın dəlilərin səsi,
Ağlama, Nigar, ağlama!
(“Durna teli”) (“Bağdad-Əsəd”)
Azərbaycan dastanlarının leksikası