Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XƏLƏF ərəb.

xalaf sözündən olub, dilimizdə, əsasən, iki mənada işlənir: 1. Sonradan gələn, birinin yerinə keçən və ya keçməli olan, onun işini davam etdirən, onu əvəz edən adam; 2. Övlad, varis. Xələf kişi adı sözün ikinci mənası ilə əlaqədar olub nəslin davamçısı anlamını ifadə edir.

Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Xələf bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır. Hazırda Xələfov soyadının kifayət qədər geniş yayılması məişətimizdə yaxın keçmişə qədər Xələf kişi adının da geniş yayıldığına dəlalət edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti