Xatai kişi adı paytaxtı Təbriz olan Səfəvilər dövlətinin başçısı, klassik Azərbaycan şairi, Azərbaycan dilini dövlət dilinə çevirmiş, şahlığı dövründə siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün böyük işlər görmüş Şah İsmayıl Şeyx Heydər oğlu Şeyx Cüneyd Səfəvinin (1487-1525) təxəllüsündən yaranmışdır.
Tarixdə Xətai həm də Qızılbaş ideologiyasının başçısı, Şeyx Xətai kimi tanınır. Azərbaycanda Xətai şəxs adı ilə əlaqədar toponimlər də məlumdur. Azərbaycan ərazisində Xocavənd bölgəsində Xətai kəndi mövcuddur (əvvəlki Qara Quzey kəndi). Məlum olduğu kimi, 1988-ci ildə Ermənistanda yaşayan azərbaycanlı ailələr ermənilər tərəfindən zorla öz doğma yerlərindən qovulmuşlar. Ermənistanın Qafan mahalının Bəlx kəndindən köçüb gələn ailələrin əksər hissəsi Şah İsmayıl Xətainin şərəfinə adlandırılmış Xətai kəndinə köçürülmüşdür.
Azərbaycan şəxs adlarının izahlı lüğəti