Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XƏYAL ərəb.

xayal sözü dilimizdə, əsasən, iki mənada işlənir: 1. Bir şəxsin və ya şeyin insan fikrində, təsəvvüründə təcəssüm edən surəti; təxəyyül; 2. Fikir, düşüncə. Məcazi mənada xəyal arzu olunan, həsrəti çəkilən bir şey mənasındadır.

Xəyal kişi adı XX əsrin ortalarına qədər məişətimizdə nadir adlardan olsa da, keçən əsrin yetmişinci illərindən bu günə qədər geniş yayılmış kişi adları sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti