Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XƏYYAM ərəb.

xayyam sözü əslində dilimizdə xeyməçadır tikən usta mənasında işlənir.

 

Lakin əminliklə demək olar ki, Xəyyam kişi adının bu məna ilə heç bir əlaqəsi yoxdur. Məlum olduğu kimi, Azərbaycan antroponimikasında təxəllüslərdən yaranmış kifayət qədər şəxs adı mövcuddur. Xəyyam kişi adı da bu qəbildən olan şəxs adları sırasında olub, XI–XII əsrlərin tanınmış şairlərindən olan, məşhur rübai ustası Ömər Xəyyamın (1048-1122) təxəllüsündəndir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti