Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

xırsız1

Ağdam, Qarakilsə, Quba, Mingəçevir, Naxçıvan, Oğuz, Şamaxı, Şuşa

Güclü, qüvvətli. □ Şirin elə bil lap anadan xırsız duğulub (Quba); Bu elə uşaxlıxdan çox xırsızdı (Şuşa).

xırsız2

Cəbrayıl, Cəlilabad, Quba, Oğuz, Zəngilan

Kobud. □ Unu heş dindimə:n, çox xırsızdı (Zəngilan); Yaman xırsız adamsan, heç kimi saya salmeysən (Cəlilabad).

xırsız3

Xanlar

Çoxdanışan.

xırsız4

Xanlar

Səbirsiz. □ Hər kəs səvirsizdi, ona xırsız deyərəx'.

Azərbaycan dilinin dialektoloji lüğəti