Reklam
Reklam

Tarix terminləri lüğəti

xoloplar

X əsrdən Rusiyada mövcud olan və hüquqi statusuna görə qullara yaxın feodal-asılı əhali kateqoriyası.

X. termininin etimologiyası dəqiq müəyyənləşməyib, lakin onun ümumslavyan sözü “xlapc”dan (“xolpc”dan) yarandığı ehtimal edilir. Bu söz Azərbaycan dilində “nökər”, “subay”, “yeniyetmə oğlan” kimi tərcümə olunur. X. termininə ilk dəfə 986-cı il salnaməsində rast gəlinir. X. faktik olaraq danışan əşya sayılıb: sahibinin onu öldürmək, satmaq, borc əvəzinə vermək hüququ olub. Əsirlər, xolop qadınla evlənənlər, borca və cinayətə görə satılanlar X.-a çevriliblər. X.-lar eyni hüquqi statusa malik olsalar da, müxtəlif təsərrüfat funksiyaları (əkinçilik, sənətkarlıq və s.) yerinə yetiriblər, habelə sahibinin malikanəsində qulluqçu, onun hərbi dəstəsində döyüşçü kimi fəaliyyət göstəriblər. 1723-cü ildə I Pyotr tərəfindən X. sosial kateqoriya kimi ləğv edilərək təhkimli kəndlilərə çevriliblər.

Tarix terminləri lüğəti