pol. chorąży – bayraqdar
Bir sıra Şərqi Avropa ordularında hərbi rütbə.
Öncə (XI əsrdən), sadəcə, bayraqdarlara verilən bu ad XIV əsrdən Polşa və Böyük Litva knyazlığı ordusunda zabit rütbəsinə çevrilib. X. XVI–XVIII əsrlərdə Zaporojye Seçi və digər kazak icmalarının qoşunlarında vəzifə, XVIII əsrdən başlayaraq rus ordusunun kazak dəstələrində kiçik zabit rütbəsi olub. 1917-ci ildə Rusiyada həmin vəzifə ləğv edilib. Polşa ordusunda isə indi də ali və kiçik zabit heyətləri arasında aralıq mövqe tutan unter-zabitlərə X. deyilir.
Tarix terminləri lüğəti