Yaxşı, gözəl, xoş; xublar – gözəllər.
Könül qalxdı Bərdə sarı yeridi,
Orda bir şəhər var, adı Gəncə hey...
Gözəlləri, məhbubları, xubları
Xub batıblar mala, mülkə, gəncə hey...
(“Qurbani”)
*
Sən eşqə müntəxibsən, mənə məhbub,
Yaraşır zər-ziba tər əndamına xub,
Ayda bir, ildə bir yazginən məktub,
Var olsun əllərin, aman, əl aman!
(“Sam şahzadə”)
Azərbaycan dastanlarının leksikası