Yaxın keçmişdə Şərqdə, o cümlədən Azərbaycanda geniş istifadə olunan ikigözlü torba, məişət əşyası.
Bir qayda olaraq, X. müxtəlifrəngli yun ipdən (bəzən iplikdən) xalça texnikası ilə toxunur və qotazlarla bəzədilir. Adətən, onun torbalarının ağız hissəsinə gözək salınır, gözəyin içərisindən keçən qotazaltı bağ dartılarkən X.-un ağzı bağlanır. X.-da, əsasən, kənd təsərrüfatı malları, digər məhsullar daşınır.
Tarix terminləri lüğəti