1. Qohum olmayan, qohumluq və ya yaxınlıq əlaqələri ilə bağlı olmayan; özgə, kənar. □ Yad uşaqlar. Özünü yad adam kimi hiss etmək.
2. İsim kimi: qohum olmayan, qohumluq və ya yaxınlıq əlaqələri ilə bağlı olmayan; özgə, kənar adam. □ Yadlar buna nə deyərlər? Yadları özünə güldürmə! Faydasız qohumdan faydalı yad yaxşıdır. (Atalar sözü).
3. Öz vətəni, yeri olmayan; yabançı. □ Yad şəhər.
4. Ruhca, mahiyyətcə, görüşcə uzaq olan, zidd olan, hər hansı bir səbəbə görə yaxın ola bilməyən; yabançı. □ Bizə yad görüşlər.
5. Məcazi mənada: düşmən mənasında. □ Sirrini yada verən namərddir.
Bax: yaddaş.
See also: