Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yaman [yaman] sifət

1. Pis. □ Yaxşı dost yaman gündə tanınar. (Atalar sözü).

2. Rəhmsiz, insafsız, əzazil. □ Yaman adamdır, onunla ehtiyatlı ol.

3. Məcazi mənada: təsiri şiddətləndirmək üçün bəzən “çox”, “həddindən artıq”, “bərk”, “tez”, “şiddətli” kimi mənalarda işlənir. □ Yaman işə düşmüşdüm. Bu gün yaman istidir.

4. Bəzən “çox yaxşı”, “əla” mənasında işlənir. □ Yaman atandır. Yaman çalır. Yaman qoçaqdır.

5. İsim kimi: qarğış. □ Məhəmmədhəsən əmi Əhməddən eşşək necə olmağını soruşan kimi İzzət uca səslə onun üstə qışqırıb başladı yamanı. (C.Məmmədquluzadə).

6. Tibb. Həyat üçün təhlükəli, çox qorxulu, xətərli, zərərli, pis. □ Yaman şiş. Yaman yara.

See also:

frazeologizm: yaman günə düşmək (qalmaq) frazeologizm: yaman günə qoymaq (salmaq) frazeologizm: yaman yerdə axşamlamaq frazeologizm: yanan da mən, yaman da mən Azərbaycan dilinin izahlı lüğəti