Yan-yan baxmaq – nifrətlə yuxarıdan-aşağıya, əyri-əyri baxmaq; saymazyana, ikrahla baxmaq. □ Qoçular, quldurlar qatar taxardı; Fağır-füqəraya yan-yan baxardı. (Aşıq Ələsgər).