Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

yançı1

Bərdə, Borçalı, Xocavənd, Kürdəmir, Qazax, Qarakilsə, Quba, Tovuz

Köməkçi. □ Yançı olmasa, çovan, sığırçı işdiyəmməz (Borçalı); Xanatoxuyanın ya:nda yançı olor (Qazax); Bu xalçanı yançı ol­masa, toxumax çətin olar (Bərdə); Axıra­can oturufi hanıya köməy eliyənə yançı deyrix' (Xocavend); Xalı toxumağ üçün yançı tuturuğ (Kürdəmir).

yançı2

Qazax

Çoxdanışan. □ Çox­danışan arvada biz yançı arvat, çəngi arvat deərix'.

yançı3

Quba, Oğuz

Kənar adam. □ İkisi qapışır, yançı gəlir ayırtdaşdırır (Oğuz); Mən sənə yançıyam ki, mənim üsdümə gələsən! (Quba).

yançı4

Qax, Zaqatala

Sağdış, soldış.

Azərbaycan dilinin dialektoloji lüğəti