Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yanıq [yanıx] isim

1. Yanmış şey. □ Yanıq qoxusu. Yanıq dadı.

2. Od və ya başqa yandırıcı şeyin təsiri ilə bədən toxumasında əmələ gələn zədə; yanmaq əsəri, bədənin yanmış yerinin nişanəsi, izi. □ Əlinin yanığı. Üzündə bir yanıq var.

3. Sifət kimi: susuzluqdan qurumuş, yanmış. □ Qurudu Əjdərin yanıq boğazı; Dolandı başına çiçəkli yazı. (H.K.Sanılı).

4. Sifət kimi məcazi mənada: dərdli, qəmli, ürəyində dərdi olan; yanıqlı. □ ...tez əlini qoynuna soxdu və məktubu yanıq ürəyi üzərinə sıxaraq yeridi. (A.Şaiq).

5. Sifət kimi: cılız, zəif, sısqa.

See also:

frazeologizm: yanıq vermək Azərbaycan dilinin izahlı lüğəti