Reklam
Reklam

Etimologiya lüğəti

yanmaq1

Dilimizdıə həmin mənanı verək köymək feili olub və yanmaq onun dəyişmiş, təhrif edilmiş formasıdır. Güman edirəm ki, ruslarda olan гореть sözü də həmin köymək feili ilə qohumdur (müqayisə et: qor (bizdə), qarı-zapax qore­lo­qo (ruslarda). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

yanmaq2

Bir mənası “qayıtmaq” deməkdir, yenə kəlməsi ilə kökdaşdır (yenə sözü­nün mənasında təkrarənqayıtmaq anlamı hiss olunur). “Ağzım ondan yanıb” de­yirik. Bu, odla bağlı deyil, qayıtmaq mənası ilə bağlıdır. Yanıq vermək ifadəsi də buradandır: cavabını qaytarmaq (əvəz çıxmaq) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti