Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

yannıx1

Şamaxı

İçinə ağartı tökülən kiçik tuluq. □ Çəpişin dərisinnən çoban bir yannıx qayırdı.

yannıx2

İmişli, Qazax

Yəhərin hər iki tərəfinə birləşdirilən gön parçası. □ Yəhə­rin yannığı qırılıf yolda düşüf (Qazax).

yannıx3

Ağcabədi

Dəyənin qamışdan hörülmüş yan divarları.

yannıx4

Gəncə

Arabanın yan taxta­ları. □ Araba çöyrüləndə sol yannığı sındı.

Azərbaycan dilinin dialektoloji lüğəti