Maldar əhali və çobanlar arasında daha geniş yayılmış üst kişi geyimi növü.
Əsasən, yağmurlu və soyuq havada geyilən Y. saçaqlı və saçaqsız, ağ və qara, həmçinin tikişli və tikişsiz olub. Saçaqlı Y. yağış suyunu yaxşı axıtdığından xüsusilə yüksək qiymətləndirilib. Ağ rəngli, saçaqlı və tikişsiz Y.-lardan, bir qayda olaraq, yüksək zümrə nümayəndələri, saçaqsız və tikişli Y.-lardan isə çobanlar və yoxsul əhali istifadə edib. Adətən, uzun və qolsuz olan Y. çiyinə salınıb və boğazın altından qaytanla bağlanıb.
Tarix terminləri lüğəti