Yap sözünün çox mənaları olub: rusca покрывать, закрывать, приклеивать və s. Keçə yerinə yaptaq işlədilib (keçə yunun, qılın yapışmasından alınır), yapıncı da bununla bağlıdır. Deməli, yapışqan (buna bəzi dillərdə tutqal deyirlər) sözü yan feili zəmində törəyib, -ış şəkilçisi feilin qarşılıq növünü bildirir, -qan isə sifət düzəldib, sonra həmin söz isimləşib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti