Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yarpaq [yarpax] isim

1. Ağac və s. bitkilərin yastı və cinslərinə görə müxtəlif şəkildə olan yaşıl rəngli tənəffüs orqanı. □ Çinar yarpağı. Qoz yarpağı. Meynə yarpağı. Limon yarpağı. Yarpaqlar payızda tökülür. Ağacı yarpaqları bəzəyər. (Atalar sözü).

2. Vərəq, səhifə. □ ...kağızdan bir yarpaq götürüb içinə çoxlu tənbəki tökdükdən sonra bükdü. (Ə.Vəliyev).

3. Yarpağa oxşayan, yarpaq şəklində olan hər şey.

4. Bənd (şeirdə). □ Güloğlan, dörd yarpaq söz deyəcəyəm. Cavabın verə bilsən, mən buradan birbaş Təbrizə qayıdacağam. (“Aşıq Qərib”).

See also:

frazeologizm: əncir yarpağı Azərbaycan dilinin izahlı lüğəti