1. Doğuluş, dünyaya gəlmə günündən keçən vaxt, il; insanın, heyvanın, bitkinin böyüməsində, inkişafında dövr; ömür. □ Bir yaşda olan adamlar. Yaşın neçədir? İnəyin üç yaşı var. Ağıl yaşda deyil, başdadır. (Atalar sözü).
2. Yaşından şəklində – anadan olduğu gündən,bütün ömrü boyu, ömründə; heç vaxt. □ Heç dərsə baxmayıb sanki yaşından; Fikirlər quş olub uçdu başından. (M.Rahim).
1. Canına su,rütubət hopmuş; rütubətli, çox nəm, az islaq, sulu. □ Yaş paltar. Yaş yer. Yaş qum. Yaş əlləri ilə tutmaq.
2. Hələ canında su qalmış, qurumamış. □ Yaş səbzə. Yaş meyvə. Yaş ağaca balta vurmazlar. (Atalar sözü). Ağac yaş ikən əyilir. (Atalar sözü).
3. İsim kimi: su, nəm, yaşlıq. □ Qurunun oduna yaş da yanar. (Atalar sözü).
4. İsim kimi: göz yaşı. □ Ürək yanmasa, gözdən yaş çıxmaz. (Atalar sözü).
5. Arxaizm. Cavan, gənc, azyaşlı. □ Dəmbədəm gər düşsə gözdən dürri-əşkim, vəchi var; Yaş uşaqlardır yetim, onlarda yox rəsmi-ədəb. (M,Füzuli).
See also: