Yastana forması da olub. Mənası dağın üstündə “yastı yer” deməkdir. Deməli, yastı kəlməsindən əmələ gəlib. Yaslan sözü də olub: yayılmaq, sərilmək, yastılamaq mənalarında işlədilib. Yatmaq (uzanmaq) və yastı sözləri eyni kökdən törəyib. Deməli, yatmaq və yuxulamaq heç də eyni şey deyil: yatmaq “uzanmaq”dır, hələ yuxulamaq deyil. Qax rayonunda uşağa “yat, yuxula” deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti