Reklam
Reklam

Etimologiya lüğəti

yay

Tuva dilində bərk, şiddətli istiyə, qızmar günəşə “çalış” deyirlər. Bəzi türk dil­lə­rində yay əvəzinə, “çay” işlədilir. Görünür, yay kəlməsinin etimoloji mənası “isti” de­məkdir və sözün qədim kökü çay, çalın, ya kəlmələri ilə bağlıdır. Yay sözü yanmaq, yaxılmaq kəlmələri ilə qohumdur. Bunlar isə küy (od) deməkdir. Bu da cı (ilıq), ya (yanmaq) sözünə gedib çıxır. Xalq arasında yayın cırcıraması si­no­nimlər birləşməsi işlədilir ki, buradakı cırcırama sözü də kökü ilə bağlı ola bilər. Ən etibarlı yozum isə belə ola bilər: sözün əsli “göy(od)”deməkdir, göy sözü qay (yanmaq) şəklini kəsb etdiyi kimi, yay formasına da düşə bilər. Günəşin qədim adı Göyəş olub, burada da göy “od” mənalı sözdür. Deməli, yayGünəş eyni kökə malikdir. O.Süleymenov bir məqaləsində yazır ki, qədim türk dilində (Orxon abi­dəsində) yay sözü “günəş” mənasında işlədilib (“Литературный Азер­байд­жан” jurnalın 2000-ci il, №5, səh. 5) (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti