Reklam
Reklam

Etimologiya lüğəti

yazmaq1

Tuva dilində yazı əvəzinə, cazı işlədilir. Cızmaq feili ilə bağlıdır. Azər­baycan dilində filankəsin üzünü ülgüclə yazıblar tipli cümlələr işlədilir. Buradakı yazmaq kəlməsi cızmaq sözünün dəyişmiş formasıdır. Yazcız fleksiya əla­mətidir. Professor Dəmirçizadə yazırdı: “Aturbaktanların (Cənubi Azərbaycan) və Arranların (Şimali Azərbaycan) dillərinin çoxdan iltisaqilik məc­rasına düş­mə­si...” Deməli, iltisaqilik bizdə həmişə olmayıb. Yazmaq sözü cızmaq sözündən tö­rə­mədir. Cizgi, cığır (əsli: izğır olub), cızmaq, yazmaq sözləri qo­hum­dur. Ümu­mi rəy belədir ki, dillər amorfluqdan iltisaqiliyə, oradan da flektivliyə doğru inkişaf edir. Bu, həqiqətdirsə, türk dilləri hələlik inkişafın ikinci pilləsindədir. Müba­hi­səlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

yazmaq2

“Səhv etmək” deməkdir. Ondan yazıq sifəti (səhv etmiş) əmələ gəlib. İndi məna dəyişib. Azmaq variantı da var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti