Reklam
Reklam

Etimologiya lüğəti

yelpik

Mənbələrdə yelpi (обмаихваться), yelpiku (веер) sözləri var. Deməli, sö­zün törəmə kökü “yelpi”dir, həmin feildən yelpik ismi əmələ gəlib, ilk kökü isə yel sözüdür. Yel özü də tarixən feil olub (sürətlə getmək). Külək kəlməsinin sino­nimi olan yel ismi də elə sürətinə görə bu cür adlanıb. Yelpik tarixən heç də yel­ləmək yox, hərəkət etdirmək anlamı ilə bağlıdır. Yelpitmək prosesi əlin hərə­kəti ilə əmələ gəlir. Ehtimal ki, külək sözü ilə kül kəlməsi kökdaşdır, kül ismindən kül-ə-mək (külü, tozü sovurmaq) feili, ondan isə külək (külü, tozü sovuran) ismi yara­nıb. Radlovun əsərində yelbi feili verilib. Ruscaya “веять” kimi tərcümə olunub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti