Reklam
Reklam

Məsəllər, deyimlər

YERİNDƏ OTURTMAQ

Yanlış davranışına görə cavabını vermәk, cəzalandırmaq, yerini göstərmək.

İfadə qədimlərdə toplantı və məclislərdə kimin harada oturacağı barədə qeyri-rəsmi şəkildə nizamlanan qaydalarla bağlı yaranmışdır.

Qәdimlәrdә nəinki dövlәt vәzifәlәrindә işlәmәk, hәtta yığıncaq vә mәclislәrdә oturmaq üçün yerlәr әsil-nəcabətə görә müәyyәnlәşdirilirdi. Buradan da zәnginliyinә vә nəslinin qәdimliyinә, nüfuzuna görә özündən aşağıda olanlara öz yerini güzәştә getmәk istәməyәnlәrlә bu yerlәri tutmaq istəyənlәr arasında kәskin ixtilaflar, mübarizəlәr olurdu. Hәr kәsi yerindә oturtmaq o qədәr dә asan mәsәlә deyildi.

Oğuz türklәri arasında yer bölgüsü ilə bağlı dəqiq qaydalar var idi və onlara ciddi əməl olunurdu. Kimin harada oturmalı olması haqqında hüquqları isə oğuzların әfsanәvi babası Oğuz xan vermişdi. Oğuzların bu әnәnәsi, qonaqlıqlarda müxtәlif qәbilə nümayəndәlәrinin oturmaq qaydaları һaqqında XV әsrdәn yazılı mәnbәlәr qalmışdır. Burada habelə xanın sağında, solunda kimlәrin oturması qaydalarından geniş bәhs olunur. «Kitabi-Dәdә Qorqud» boylarının birindә deyilir ki, Bamsı Beyrәyin atası Baybura «ipәk xalçaları saldı, keçdi oturdu. Oğlunu sağ yanına aldı».

Müasir dilimizdә «yer»lə bağlı işlənən «yerini göstәrmәk», «yerini tanıtmaq», «onun yeri deyil», «hәr kəsin öz yeri var» vә bu kimi bir çox ifadәlәr vardır ki, onlar köhnə adәtlərin izlərini yaşadır.

Məsəllər, deyimlər