Reklam
Reklam

Etimologiya lüğəti

yetim

Ərəblərdən keçib, türk dillərində onun yerinə öksüz kəlməsi işlədilib. Əri ol­mayan (dul) qadına da öksüz qadın deyiblər. Belə məlum olur ki, ök sözünün bir mənası bəsləyən demək olub. Mənbələrdə öksüz sözü ruscaya “круглая сирота” kimi tərcümə edilib. Deməli, söhbət təkcə ana (“ök”ün bir mənası “ana”dır) ilə məhdudlaşa bilməz. Ögey tarixən ana ilə bağlıdır, qabaq atası ol­ma­yana qansıq, anası olmayana isə ögey deyiblər. Ey sözü tərəf deməkdir (yada sal: gün-ey...). Öksüz sözü осиротеть, не идти в рост deməkdir (yüksəl­mə­yən, böyü­mə­yən). Ös (yada sal: əsrə, ərsə) sözü böyümək demək olub, görünür, ök kəlməsi “ös”lə bağlıdır və böyüdən deməkdir. Ögey “ana tərəfdən yetim” mə­nasını verib, indi isə ata tərəflə də bağlı işlədilir. Özbəklərdə öksüz “anasız” de­mək­dir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti