Reklam
Reklam

Etimologiya lüğəti

Yılmaz

Maqazanik göstərirdi ki, Anadolu türklərində yılmaq feili var və qorxmaq sözünün sinonimidir. Yılmaz adı həmin feillə bağlıdır, mənası “qorxmaz” demək­dir (Almaz sözü ilə qarışdırılmamalıdır). Anadolu türkləri yılmaq, yıldır(qorxut), yılmaz (qorxu bilməyən) sözlərini işlədirlər. Deməli, Yılmaz “qorxmaz” deməkdir. M.Müşfiqin “Qafqaz” şeirində deyilir: “Ey cənub tərlanı, döyünsün ürəyin, Yılma­dan havalan bu alı dağlara”. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti